AZ

Kipr nümayəndəsi: Bakıda keçirilən sessiya parlament diplomatiyasının həlledici rolunu bir daha xatırladır

Bakı, 19 fevral, AZƏRTAC

2030-cu ilə qədər ən yüksək inkişaf etmiş ölkələr sırasında yer almağı hədəfləyən dövlətlər qarşısında ciddi çağırışlar dayanır. Təəssüflə qeyd edilməlidir ki, bu çağırışların həllində çoxtərəfli dialoq və münaqişələrin sülh yolu ilə həlli prinsipləri bəzən şübhə altına alınır. Bu çətin geosiyasi mühitdə Bakıda keçirilən bu kimi beynəlxalq görüşlər parlament diplomatiyasının həlledici rolunu bir daha xatırladır. Parlament diplomatiyası açıq dialoq platforması kimi qarşılıqlı anlaşmanı təşviq edir və münaqişələrin sülh yolu ilə həllinə töhfə verir. Ənənəvi diplomatiyanın birtərəfli hərəkətlər və rəsmi kanalların sıradan çıxma riski ilə üzləşdiyi indiki dövrdə parlamentlər xalqlar və dövlətlər arasında körpü rolunu oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Kipr Nümayəndələr Palatasının üzvü Nikolaos Tornaritis Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, xüsusilə Avropa İttifaqının üzvü və eyni zamanda, Qərbi Asiyada yerləşən bir dövlət kimi Kipr çoxtərəfli diplomatiyanın təşviqində unikal mövqeyə malikdir: “Regional və beynəlxalq platformalarda fəal iştirakı ilə Kipr enerji əməkdaşlığı, sülh quruculuğu və sabitliyin təmin edilməsi sahəsində vacib rol oynamaqdadır. Son illərdə mülki əhalinin münaqişə zonalarından təxliyəsi və humanitar yardımların çatdırılması kimi təşəbbüslər vasitəsilə parlament diplomatiyasının səmərəli mexanizm olaraq fəaliyyət göstərdiyini bir daha sübut etmişik. Bu baxımdan, çoxtərəfli diplomatiyanın gücləndirilməsi və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi beynəlxalq sabitliyə və sülhə mühüm töhfə verəcək”.

Seçilən
9
azertag.az

1Mənbələr