AZ

Macarıstan səfiri mədəniyyət naziri ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət naziri Adil Kərimli bu gün Macarıstanın ölkəmizdəki səfiri  Tamaş Torma ilə görüşüb.

Hafta.az-ın yazdığına görə, nazir Azərbaycanla Macarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Deyib ki, prezident İlham Əliyevlə Macarıstanın baş naziri Viktor Orbanın qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri iki ölkə əlaqələrinin, o cümlədən mədəni əməkdaşlığın da inkişafında müstəsna əhəmiyyət kəsb edir.

Nazir Azərbaycan - Macarıstan mədəni əlaqələrinin geniş perspektivə malik olduğunu bildirib, bu sahədə yeni addımların atılmasının faydalı olacağını diqqətə çatdırıb.

Səfir Tamaş Torma ölkəsinin Azərbaycanla mədəni əlaqələrə xüsusi önəm verdiyini qeyd edib. Bildirilib ki, Macarıstan kinematoqrafiya sahəsində zəngin ənənələrə malikdir və hazırda müasir film studiyaları fəaliyyət göstərir. Diplomat kitabxana sahəsində də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, ötən ilin oktyabr ayında Azərbaycan Milli Kitabxanasında “Macarıstan ədəbiyyatı guşəsi”nin yaradılmasından məmnunluğunu dilə gətirib.

Adil Kərimli bu il Özbəkistanda keçirilməsi planlaşdırılan II Türk Dünyası Mədəniyyət Forumunda Macarıstanın da iştirakının əhəmiyyətli olacağını deyib. Bundan əlavə, nazir iki ölkənin ali təhsil ocaqlarında Azərbaycan və macar dillərinin qarşılıqlı tədrisi ilə bağlı təklifini səsləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
26
6
hafta.az

7Mənbələr