AZ

ABŞ Finlandiyanı darmadağın etdi və fitə basıldı

MHL-in müntəzəm çempionatında son oyunlar fevralın 9-da keçirilib, 22-nə qədər fasilə yaranıb.

"Football-plus.az" xəbər verir ki, belə uzunmüddətli fasilənin səbəbi isə Dörd millətin turniridi.

Fevralın 12-20-si aralığına sığacaq turnir Monreal və Boston şəhərlərində keçirilir. İştirakçılar isə Kanada, ABŞ, İsveç və Finlandiya yığmalarıdı. Turnirə yalnız MHL-də çıxış edən hokkeyçilər qatıla bilər. Final oyunu fevralın 20-də Bostonda keçiriləcək. Formata gəlincə, bütün komandalar dairəvi sistemlə bir-biri ilə oynayır, yəni ümumilikdə 7 oyun keçiriləcək. Hər komanda 3 oyun keçirəndən sonra ən çox xal toplayan ikisi finalda qarşılaşacaq.

Artıq turnirdə ilk iki oyun arxada qalıb. Açılış matçında Kanada İsveçi məğlub edib. Üç məhsuldar ötürmə verən Sidni Krosbi bu oyunun ən yaxşısı sayılıb. Ümumiyyətlə, Kanada yığması əfsanəvi hokkeyçinin son 15 ildə heyətdə olduğu ardıcıl 26-cı oyunda qələbə qazanıb. Bu müddətdə hücumçu 29 (10+19) xal toplayıb. Krosbili “ağcaqayın yarpaqları” sonuncu dəfə Olimpiada-2010-un qrup turnirində ABŞ yığmasına uduzub.

Fevralın 14-də keçirilən oyunda isə ABŞ yığması Finlandiyanı darmadağın edib - 6:1. Hesabı fin müdafiəçi Henri Yokiharyo açıb. Ancaq bundan sonra yalnız amerikalılar fərqlənib. Monrealda keçirilən oyundan əvvəl azarkeşlər ABŞ-nin himniniə fitə basıb. Bu demarş Donald Tramp prezident postuna oturandan sonra Kanada ilə münasibətlərdə yaranan gərginliklə bağlıdı. Amerika yığmasının forvardı Mettyu Tkaçak oyundan sonra kanadalı azarkeşlərinin hərəkətinin heç də xoş olmadığını bildirib.

13 fevral
İsveç – Kanada 3:4 ОТ (0:2, 1:1, 2:0, 0:1)

14 fevral
Finlandiya – ABŞ 1:6 (1:1, 0:1, 0:4)

15 fevral
İsveç – Finlandiya

16 fevral
Kanada – ABŞ

17 fevral
Finlandiya – Kanada

18 fevral
ABŞ – İsveç

Seçilən
48
football-plus.az

1Mənbələr