AZ

"Artıq bütün beynəlxalq platformalarda Qərbi Azərbaycanlıların haqq səsi duyulur" - AÇIQLAMA

"Artıq bütün beynəlxalq platformalarda Qərbi Azərbaycanlıların haqq səsi duyulur" - AÇIQLAMAAsiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Qərbi azərbaycanlıların problemi qaldırılıb.

Bu barədə Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev çıxış edib.

Rizvan Nəbiyev bildirib ki, hələ də 300 minə yaxın azərbaycanlı öz evlərindən didərgin düşmüş vəziyyətdə yaşayır: "Biz bu problemi beynəlxalq platformalarda da səsləndirmişik. Bu, beynəlxalq hüquq normalarının tələb etdiyi bir məsələdir".

"Artıq bütün beynəlxalq platformalarda Qərbi Azərbaycanlıların haqq səsi duyulur" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Qərbi Azərbaycanliların haqq səsinin müxtəlif platformalarda eşidilməsi bizim üçün müstəsna əhəmiyyətə malikdir. Təəssüflər olsun ki, indiyə qədər Ermənistan dövləti və onun havadarları Qərbi Azərbaycandan zorla didərgin salınmış soydaşlarımızın haqq səsinin eşidilməsinə əngəllər törədiblər. Bu proses bu gün də davam etdirilir. Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Qərbi Azərbaycanlıların problemlərinin qabardılması bizim üçün çox vacibdir. Artıq bütün beynəlxalq platformalarda Qərbi Azərbaycanlıların haqq səsi duyulur. Onların işləri, mövqeləri, eyni zamanda fikirləri dünyanın ciddi auditoriyalarına çatdırılır. Bu da onu göstərir ki, biz Qərbi Azərbaycan mövzusunda həssasıq. 300 minə yaxın soydaşımızın taleyinin həll olunması, onların geridönüş hüququnun Asiya Parlament Assambleyası kimi önəmli qurumun iclasında müzakirə edilməsi onu göstərir ki, bu bizim üçün çox önəmli məsələdir"

Seçilən
38
sonxeber.az

1Mənbələr