"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını digər Avropa nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Fichajes" yayıb.
Xəbərə görə, onun xidmətində PSJ maraqlıdır. Mənbə Paris klubunun 22 yaşlı milli üzvü üçün "Kral klubu"na 80 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb. PSJ-nin baş məşqçisi Luis Enrikenin fransalı oyunçunu yarımmüdafiəni gücləndirmək baxımından ideal namizəd saydığı, "Real"ın isə Kamavinqanı sata biləcəyi açıqlanıb.
Qeyd edək ki, sözügedən futbolçunun "Real"la müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. Cari mövsüm 19 matça çıxan Eduardo 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.