AZ

Xiaoyu Qu: Asiya ölkələri ortaq problemlərlə üzləşirlər

Bakı, 19 fevral, AZƏRTAC

Müasir dünyada görünməmiş sürətlə dəyişikliklər baş verir. Münaqişələr və qarşıdurmalar davam edir, dünya transformasiya və təlatümlər yaşayır, birtərəflilik və proteksionizm yenidən gündəmə gəlir, hegemonluq və zorakılıq hərəkətləri isə ciddi fəsadlara səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumçin Xalq Nümayəndələri Konqresinin Təhsil, Elm, Mədəniyyət və Səhiyyə Komitəsinin sədr müavini Xiaoyu Qu Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Asiya ölkələri eyni qitənin bir hissəsi olaraq sərvətləri və çətinlikləri bölüşür, sabitlik, əməkdaşlıq və inkişaf yolunda ortaq problemlərlə üzləşirlər. Eyni zamanda, burada tərəqqi üçün geniş imkanlar və perspektivlər mövcuddur.

“Builki konfransın mövzusu olan “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” böyük praktiki əhəmiyyətə malikdir. Asiyada çoxtərəfli əməkdaşlıq mexanizmləri mövcuddur və ölkələr müxtəlif siyasi sistemlərə, iqtisadi inkişaf səviyyələrinə və sosial adət-ənənələrə malik olsalar da, qarşılıqlı fayda və ümumi inkişaf naminə bir-birindən öyrənə bilərlər”, - deyə Xiaoyu Qu qeyd edib.

Seçilən
32
azertag.az

1Mənbələr