AZ

Dünyanın ən çox işlənmiş avtomobil ixrac edən regionu - FOTO

İkinci əl avtomobil satışları qlobal xarakter alır. Əvvəlcə bu işlə fərdlər məşğul olurdusa, indi böyük şirkətlər fəaliyyət göstərir. Gəmi nəqliyyatının genişlənməsi ilə daşımalar da artır. 

Avtosfer.az xəbər verir ki,  dünyada ən çox ikinci əl avtomobil idxal edən qitə Afrikadır. BMT-nin Ətraf Mühit Proqramının statistikasına görə, inkişaf etmiş ölkələr hər il orta hesabla 5 milyon ədəd köhnə minik avtomobili  ixrac edir. Bu avtomobillərin təxminən yarısı “Qara qitə”yə göndərilir. Əgər əvvəllər başlıca ixracatçı Avropa İttifaqı, ABŞ, Yaponiya və Kanada idisə, indi siyahıya Çin və Cənubi Koreya da qoşulub.

Son illərdə Əlcəzair, Mərakeş və Nigeriya daxili bazarı qorumaq üçün avtomobil istehsalı sahəsində ciddi addımlar atıb. Lakin digər ölkələr hələ ki, köhnə avtomobillərin idxalında maraqlıdır. Afrikada istismar olunmamış avtomobil istehsal ilindən asılı olmayaraq təzə hesab edilir.

BMT-nin Ətraf Mühit Proqramı məsələnin başqa tərəfini də açıb göstərir. Təşkilatın ekspertlərinin qənaətinə görə, inkişaf etmiş ölkələr köhnə maşınları kasıb ölkələrə ixrac edərək özlərindəki ekoloji problemləri həll edirlər. 

Lakin bu maşınların başqa ölkələrdə istismarının davam etməsi qlobal ekoloji problemlərin dərinləşməsinə səbəb olur.  Köhnə texnikanın “miqrasiyası” bəşəriyyətin qlobal iqlim hədəflərinin həyata keçirilməsinin qarşısında duran əsas maneələrdəndir.

Vüqar

Seçilən
13
avtosfer.az

1Mənbələr