AZ

ABŞ-Rusiya münasibətlərinin istiləşməsi buna səbəb olacaq

Çin Xalq Universitetinin Chongyang Maliyyə Araşdırmaları İnstitutunun baş elmi işçisi Çjou Rong Rusiya və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşü dəyərləndirib.

Publika.az xəbər verir ki, Çjou Rusiya və ABŞ arasında keçirilən bu yüksək səviyyəli görüşün mühüm nəticələrindən birinin tərəflərin səfirliklərin işini bərpa etmək barədə razılığa gəlməsi olduğunu bildirib:

“Məlum olduğu kimi, Bayden administrasiyası dövründə Rusiya və ABŞ-da səfirliklər olsa da, onların diplomatik fəaliyyəti olmayıb. Rusiyanın ABŞ-dakı səfirliyi və ABŞ-ın Rusiyadakı səfirliyi demək olar ki, bağlanıb. Görüşdən sonra iki ölkənin diplomatik qurumlarının rəsmi fəaliyyətə başlaması, o cümlədən işçilərin sayının normal səviyyəyə çatdırılması gözlənilir. ABŞ və Rusiya arasında münasibətlərin istiləşməsi Avropa ilə Rusiya arasındakı münasibətlərə də təsir edə bilər. Nəzərə almaq lazımdır ki, Avropa Rusiyaya qarşı ABŞ-dan daha sərtdir”.

Seçilən
23
publika.az

1Mənbələr