AZ

Azərbaycanda istixana pomidorunun istehsalı 16 %-dən çox azalıb

2024-cü ildə Azərbaycanda istixanalarda 224,9 min ton pomidor istehsal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verirş

Məlumata görə bu, 2023-cü illə müqayisədə 44 min ton və ya 16,4 % azdır.

Qeyd edək ki, 2023-cü ildə istixanalarda 268,9 min ton pomidor istehsal edilmişdi.

Ötən il ölkədə ölkədə istixanaların sayı 191 ədəd və 5,9 % azalaraq ümumi sahəsi 1,6 min hektar olan 3 037 vahid təşkil edib. 

 2023-cü ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3 228 vahid istixana fəaliyyət göstərib.

Bununla yanaşı həmin istixanalarda 11,6 min ton xiyar, 1,6 min ton göbələk, 237,6 ton çiyələk, 151,3 ton kartof, 55,0 ton limon, 35,5 ton kələm, 22,3 ton baş soğan, 15,3 ton badımcan, 14,1 ton bibər və sair meyvə və tərəvəz istehsal olunub. Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Binəqədi, Sabunçu, Kürdəmir, Tovuz, Samux və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib. Yanvar ayında respublikada örtülü torpaq sahələrindən 25,5 min ton tərəvəz toplanıb.

2023-cü ildə isə həmin istixanalarda 268,9 min ton pomidor, 10,4 min ton xiyar, 590,6 ton göbələk, 33,0 ton baş soğan, 22,8 ton kələm, 21,9 ton lobya, 13,2 ton bibər, 7,8 ton badımcan, 2,9 ton sarımsaq və 193,6 ton çiyələk istehsal olunub.

Seçilən
9
fed.az

1Mənbələr