AZ

Azərbaycan millisi üçün iki növcavan yetişir - Hamı onlardan danışacaq!

Bəribaşdan demək olmaz, bəlkə də Premyer Liqanı tərk etmək «Səbail»in qismətinə yazılacaq.

Hələlik özlərini tam tarazlamağa çətinlik çəkirlər.

Oyunçu azılığı bir, zədəlilərin çoxluğu o yandan Cavid Hüseynovu sıxır. Bu dəmdə hər xal qızıldan bahadır.

O isə risk etməkdən çəkinmir yenə. Hüseynovda ürəyə bax, ilin-günün bu vaxtında cavanlara yol açır.

Əlirza Müştəbəzadə və Emin Həsənov gərək ömürlərinin sonuna kimi onu yadından çıxarmasın, xətir-hörmətlə yad eləsin.

Misalçün, Şahin Diniyev «Səbail»də qalsaydı əgər, inandırım sizi, nə Əlirzaya şans tanıyacaqdı, nə də Eminə.

Ən yaxşı halda ehtiyat skamyda əyləşdirəcəkdi onları.

Diniyev udanda şirə, uduzanda dovşana dönən məşqçilərdəndir. Hər halda özünü bizə belə tanıdıb.

Cavid Hüseynova buradan təşəkkür edirəm ki, yaşlı həmkarının yerişini yerimir, öz yoluyla gedir.

«Səbail» Premyer Liqada qalsa da, qalmasa da, o, işinin başında dayansa da, dayanmasa da, futbolumuza iki gənc qazandırıb artıq.

Əlirza və Emin hələ uzun illər bu meydanlarda adını duyuracaq və əminəm ki, bir müddət sonra millinin qapıları da üzlərinə açılacaq.

Belə cavanlarla «Sabah»a qarşı oynamaq, ondan xal almaq gerçəkdən məşqçi əməyidir. Hələ son dəqiqədə yüzdəyüz qol epizodunu dəyərləndirsəydilər…

«Səbail» ürəyə yatan futbol oynayır. Sponsorunun dəstəyindən məhrum olmuş bir komandanın meydanda nümayiş etdirdiyi əzm və iradə, vallah, ən yaxşı sözlərə layiqdir.

ELNUR

Seçilən
11
sportinfo.az

1Mənbələr