"Red Bull" komandasının sürücüsü Maks Verstappen qarşıdan gələn Formula 1 mövsümü ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "GPblog" 27 yaşlı pilotçunun dediklərini belə çatdırıb.
“Düzünü desəm, biz komanda olaraq rəqabətədavamlı olacağımıza ümid edirik. Komanda olaraq rəqabətədavamlı olsaq, əminəm ki, yenidən qalib gələ bilərik.Çünki biz həqiqətən güclüyük, çoxlu təcrübəmiz var. Düşünürəm ki, biz keçən il maksimum nəticə əldə etməyə davam etdikdə bunu nümayiş etdirdik. Maraqlı olacaq. Hazırda nə qədər güclü olduğumuzu bilmirəm. Heç kimin bildiyini düşünmürəm, amma bu, bir neçə həftəyə bəlli olacaq".