AZ

Mərkəzi Bank tərəfindən lisenziya verilmiş elektron pul və ödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulub

Bakı. Trend:

Mərkəzi Bank tərəfindən lisenziya verilmiş elektron pul vəödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulmağa başlayıb.

Bu barədə Trend tənizmləyici quruma istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankda “SWIFT” təşkilatının nümayəndəheyəti ilə kommersiya banklarının və müvafiq maliyyə qurumlarınınnümayəndələrindən ibarət “SWIFT” İstifadəçilər Qrupunun birgəgörüşü təşkil olunub. Görüş zamanı “SWIFT” təşkilatı tərəfindənreallaşdırılan hazırkı və gələcək fəaliyyət proqramları, stratejihədəflər, o cümlədən “G20” ölkələrinin transsərhəd ödənişləri üzrəqarşıya qoyulmuş məqsədlər müzakirə olunub.

Görüşdə çıxış edən Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilovödəniş sistemlərində həyata keçirilən islahatlardan və stratejiprioritetlərdən danışarkən bildirib: “Maliyyə institutları vəstrateji tərəfdaşların Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyəsektorunun inkişaf Strategiyası” ilə yaxından tanış olması və buçərçivədə qeyd olunan təşəbbüslərə diqqət yetirməsi olduqcamühümdür. Eyni zamanda, hazırda banklarla yanaşı, Mərkəzi Banktərəfindən lisenziya verilmiş elektron pul və ödəniştəşkilatlarının da “SWIFT” şəbəkəsinə qoşulması fintex sahəsinininkişafının önəmli göstəricilərindən biri olmaqla, maliyyəsektorunda növbəti mərhələnin başlanğıcı kimiqiymətləndirilir”.

Daha sonra Azərbaycanda ödəniş əməliyyatlarının dinamikası,ölkənin milli ödəniş infrastrukturunun cari vəziyyəti, “ISO20022”beynəlxalq standartına keçid üzrə görülmüş işlər və ödənişxidmətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsiaparılıb.

Eyni zamanda, görüşdə “SWIFT” təşkilatı ilə birgə əməkdaşlıqçərçivəsində Azərbaycanda icra olunmuş innovativ ödəniş həlləriüzrə praktiki müzakirələr aparılıb. Kommersiya banklarınınnümayəndələrinin müvafiq mövzularla bağlı çıxışları da baştutub.

Mərkəzi Bank aidiyyəti dövlət qurumları və beynəlxalqtəşkilatlarla əməkdaşlıq çərçivəsində ölkədə elektron ödənişsistemlərinin inkişafı və nağdsız ödənişlərin genişləndirilməsiistiqamətində layihələrin və strateji təşəbbüslərin həyatakeçirilməsini davam etdirir.

Seçilən
58
15
az.trend.az

10Mənbələr