Bakı, 19 fevral, AZƏRTAC
Türkiyə Superliqasının XXV turunun "Qalatasaray" - "Fənərbağça" oyununu idarə edəcək hakim bəlli olub.
AZƏRTAC Rumıniya mətbuatına istinadən xəbər verir ki, prinsipial qarşılaşma İştvan Kovaça həvalə edilib. Derbidə ədaləti rumıniyalı FIFA referisi qoruyacaq.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.