AZ

Murat Dalkılıç və Merve Boluğur barışıb? – FOTO

Hər açıqlaması, hər paylaşımı, hər addımı sensasiyaya çevrilən məşhur türkiyəli aktrisa Merve Boluğurun keçmiş həyat yoldaşı, müğənni Murat Dalkılıç ilə barışdığı iddiaları gündəmə gəlib. İddialara görə, onlar uzun müddətdən sonra münasibətlərinə daha bir şans veriblər.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə “Merve Boluğur və Murat Dalkılıç arasında sevgi münasibətləri yenidən alovlandı” kimi şərhlər yazırlar.

Sosial mediada səs-küyə səbəb olan iddianın doğru olub-olmadığı maraq mövzusuna çevrilib.
 

Lakin cütlükdən hələlik heç bir açıqlama verilməyib.


Qeyd edık ki, Merve Boluğur və Murat Dalkılıç 2015-ci ildə ailə qurub və onların evliliyi cəmi 2 il davam edib. Boluğur ayrılıqdan sonra psixoloji sarsıntı keçirib və Dalkılıç onun boşandıqdan sonra aktyorluq karyerasında geriləmə və üslubunu dəyişməsinə səbəb kimi göstərilib.





Bizim.Media

Seçilən
12
bizim.media

1Mənbələr