AZ

Millimizin sabiq kapitanı 28 yaşında karyerasını bitirib

“Əslində, oynamaq istəyərdim, ancaq həm komanda daxilində, həm də komandanın başında duran şəxslərlə müəyyən xoşagəlməz şeylər oldu”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Aysun Seydiyeva “CBC Sport” telekanalında yayımlanan “Start” verilişində deyib.

O bildirib ki, artıq karyerasını bitirib: “Bundan əvvəl bir dəfə də karyeramı başa vurmaqla bağlı açıqlama vermişdim. Ancaq sonradan müəyyən insanların məsləhəti ilə fikrimi dəyişdim. Soçidəki təlim-məşq toplanışından qabaq milli komandadan ayrılmaqla bağlı müəyyən düşüncələrim olduğu üçün ora getmək istəmirdim. Bu haqda baş məşqçi ilə də danışmışdım və onun da vəziyyətdən xəbəri var idi. Ancaq o deyirdi ki, hər şey yaxşı olacaq, sənə inanırıq. Bu söhbətdən sonra təlim-məşq toplanışına qatıldım. Artıq əvvəlcədən bitirmək qərarını verdiyim üçün oradakı abu-hava mənə xoş gəlmədi”.

Millinin sabiq kapitanı “Neftçi” ilə də vidalaşdığını deyib: “Artıq üç aydır ki, həm yığma, həm də klubla yollarımı ayırmışam. Sadəcə özüm üçün individual fitnes məşqləri edirəm. Futbol üçün darıxanda isə məhlədə balaca uşaqlarla futbol oynayıram”.

Qeyd edək ki, 28 yaşlı Seydiyeva Azərbaycan çempionu və Yüksək Liqanın bombardiri olub. O, Türkiyə, Qazaxıstan və Rusiyada legioner həyatı yaşayıb.

İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr