Arda Güler gələcək karyerası ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, türk ulduz daha çox meydanda olmaq şansı qazansın deyə yay "transfer pəncərəsi"ndə başqa kluba icarəyə yollanmaq istəyir. Bu barədə "Diario Sport" məlumat yayıb.
Eyni zamanda PSJ-nin növbəti mövsüm üçün Arda Güleri heyətinə qatmağı planlaşdırdığı bildirilir.
Qeyd edək ki, 2024/25 mövsümündə "Real Madrid" forması ilə 27 oyuna çıxan gənc istedad cəmi 967 dəqiqə oynamaq çansı əldə edib. Bu müddət ərzində 3 qola, 5 məhsuldar ötürməyə imza atıb.