“Krasnodar”ın baş məşqçisi Murad Musayev dekabrda əməliyyat olunan yarımmüdafiəçi Aleksandr Çernikovun vəziyyətini dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, Musayev bu barədə “Matç” telekanalına açıqlama verib:
“Xeyr, o, hələ hazır deyil, mövsümöncəsi oyunların çoxunu buraxdı. Bütün bu müddət ərzində özünü bərpa etməyə çalışırdı. Biz onun “Astana” ilə oyunda 30 dəqiqə oynamasına şadıq. “Dinamo” ilə 45 dəqiqəyə ümid edirik”.
Xatırladaq ki, Çernikov həm də mütəmadi olaraq Rusiya millisinə çağırılır.
25 yaşlı oyunçu bu mövsüm bütün rəsmi turnirlərdə 23 matçda iştirak edib və 1 qol vurub, 1 məhsuldar ötürmə edib.