AZ

"Qalatasaray"dan TFF-yə sərt sözlər: "Yenə təəccübləndirmədiniz"

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu İstanbul derbisi ilə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, qurum rəsmisi "Qalatasaray" - "Fənərbaxça" matçını əcnəbi hakimin idarə edəcəyini bildirib.

"Sarı-qırmızılılar" sosial şəbəkə hesabında bununla bağlı bəyanat yayıb:

"İctimaiyyətə Bəyanat

Türkiyə Futbol Federasiyası vəzifəyə gəldiyi gündən bu günə qədər davam etdirdiyi ziddiyyətli mövqelərinə bir yenisini əlavə edib.

Seçildiyi ilk gün klub prezidentlərinin PFDK-ya göndərilməyəcəyini söylədikdən sonra onlara cəzalar yağdıran, klub prezidentlərinin görüşündə “Bundan sonra vəziyyəti gərginləşdirən açıqlamalar olarsa, qarşılarında məni tapacaqlar” deyən şəxs, həmin axşam rəqib klubun vitse-prezidentinin vəziyyəti gərginləşdirmək məqsədilə televiziyalara çıxmasına səssiz qalan şəxsdir. “Mən olduğum müddətcə xarici hakim olmayacaq” dedikdən bir neçə ay sonra “Hər iki tərəfdən tələb gələrsə, dəyərləndirərik” deyən şəxs bu gün yenidən futbolun rəhbəri olduğunu xatırladaraq federasiyanı və onun prezidentini düşdükləri ziddiyyətin içində buraxmışdır ki, bu da artıq bizi təəccübləndirmir.

Yuxarıda sadalanan ziddiyyətli açıqlamaların üstünə TFF-nin kritik oyunumuzdan 1 saat əvvəl, razılığımız olmadan, etdikləri dəvəti reklam kimi mətbuata təqdim etməsi də kimin səmimi olmadığını açıq şəkildə ortaya qoyur.

Digər tərəfdən, bazar ertəsi günü keçiriləcək oyunumuz üçün xarici hakimin təyin ediləcəyi barədə TFF Prezidentinin bu gün verdiyi açıqlamada məlumat verilmişdir.

Bu münasibətlə TFF-yə aşağıdakı sualları yönəldirik:

1. Sözügedən hakim MHK Təlimatı qaydalarına əsasən 2024-2025 mövsümünə dair lisenziya almış, viza ödənişini etmiş və İl Hakimlər Komitəsinə bu sənədləri təqdim etmişdirmi?

2. Potensial xarici hakim 2 yanvar 2025-ci ildə elan edilən Üst Dərəcəli Hakimlər Kadr Siyahısında yer almışdırmı?

3. Yenə də MHK Təlimatına əsasən, oyunlara təyin ediləcək xarici hakimlər müəyyən edilərkən ən sadə şərt olan kurs iştirakını tamamlamışdırmı?

Bu sualların cavabları aydın olduğu halda, müəyyən şəxslər tərəfindən sifariş edilmiş hakimin adını görməməyimiz hər birimizə məlumdur. Bütün bu hazırlıqlar bu matçda rəqibimizin lehinə nəticə əldə etmək məqsədi daşıyır. Əgər bu mümkün olmazsa, daha əvvəl yaşadığımız nümunələrdə olduğu kimi, oyunu bitirməyə çalışacaqlarını bilirik.

Türk futbol ictimaiyyətini bu planlaşdırılmış və təşkil olunmuş haqsızlığa, qardaşlıq münasibətlərini pozmağa qarşı birlik olmağa çağırırıq.

Azarkeşlərimizdən tək istəyimiz budur ki, təxribatlara qarşı sakit qalıb bütün enerjilərini meydandakı komandamıza dəstək verməyə yönəltsinlər.

Ədalət mütləq qalib gələcək, sonda yenə doğrular qazanacaqdır!

Türkiyə Futbol Federasiyasına çağırış edirik: Əgər doğrudan da futbolun rəhbəridirsə, müəyyən şəxslərin istəklərinə uyğun hərəkət etmək əvəzinə, bütün klublar üçün ədaləti təmin etməli olduğunu bilməlidir. Bu barədə son dəfə xəbərdarlıq edirik.

Bir klubun federasiyası olmaqdan əl çəkin, daha çox xaos yaratmaqdan imtina edin və Türk futbolu üçün lazım olanı edin!".

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" matçı fevralın 24-də baş tutacaq.

"Qalatasaray" - "Fənərbaxça" derbisinə əcnəbi hakim

Tadiç ərəblərin radarında

“Milan”ın uğursuzluğu davam edir: 11 cəhddə 1 dəfə

Mitoma üçün 75 milyon avro

Arda üçün 3 müştəri - Özü də getmək istəyir

Seçilən
14
apasport.az

1Mənbələr