AZ

"Qalatasaray" - "Fənərbağça" oyununu idarə edəcək əcnəbi hakim açıqlanıb

Türkiyə Superliqasının XXIII turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununu idarə edəcək hakim müəyyənləşib.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, Mərkəzi Hakimlər Komitəsi İstanbul derbisinə sloveniyalı FIFA referisi Slavko Vinçiçi təyin etməyi düşünür.

O, bu gün Çempionlar Liqasında PSV (Niderland) - "Yuventus" (İtaliya) matçını idarə edəcək. Qərar rəsmiləşsə, Vinçiç sabah İstanbula gələcək.

Qeyd edək ki, İstanbul derbisi fevralın 24-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Milli.Az

Seçilən
35
milli.az

1Mənbələr