AZ

Bakıda APA-nın büdcəsi qəbul edilib

Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən iclasında 1 milyon ABŞ dolları dəyərində olan büdcəsi qəbul edilib.
 
Azərbaycanda APA-nın Büdcə və planlaşdırma daimi komitəsinin iclası keçirilir.
 
Büdcəyə ödənişlər 44 ölkə arasında bölüşdürüləcək. Minimum ödəniş 22 min ABŞ dolları, maksimum 50 min ABŞ dolları təşkil edəcək.
 
APA büdcəsinin aşağıdakı 3 maddə üzrə bölüşdürülməsi təklif olunur: əməliyyat və strateji xərclər (büdcə təsdiq edildikdən sonra ilkin olaraq ayrılır), əlavə xərclər (APA-nın yeni layihə və proqramlarının maliyyələşdirilməsi üçün xərclər) və ehtiyat xərcləri (fövqəladə halların və ya hadisələrin örtülməsi üçün APA İcraiyyə Şurasının qərarı ilə müəyyən edilir).
Seçilən
22
18
moderator.az

10Mənbələr