AFFA Premyer Liqanın XXIII turunda baş tutan "Neftçi" - "Qarabağ" matçında yaşananlarla bağlı qərarlarını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Fevralın 16-da keçirilən görüşün 22-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb. Ağdam klubu futbolçusunun hərəkətinə görə 1500 manat cərimələnib.
Sözügedən matçda azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə "Neftçi" 800 manat cərimələnib.
Bununla yanaşı, həm paytaxt təmsilçisinin, həm də Ağdam klubunun fanatları tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə hər iki klub 1000 manat ziyana düşüb.
"Qarabağ" həmçinin 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimələnib.