AZ

Paytaxtın bu ərazisində yeni bulvar salınacaq

Bakı. Trend:

Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularınınaxıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahətməkanına çevriləcək.

Trend xəbər verir ki, bubarədə Bakı Abadlıq Xidmətindən məlumat yayıb.

Bildirilir ki, bir qədər də problemin kökü haqqında. Əmircan,Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 minkubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafıərazidə xoşagəlməz vəziyyət yaranmışdı.

"Ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun realdərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var.Bəzi evlərlə göl arasındakı məsafə 10 metrdən də yaxındır. Çirkabsuların axıdılması, şübhəsiz, əhalinin sağlamlığına da təsiredirdi. Bülbülə gölü ekoloji fəlakətə çevrilməsin deyə Bakı AbadlıqXidməti ərazidə əsaslı və planlı təmir işlərinə başlayıb. Gölünətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib. Buisə havadakı üfunəti məhv edərək natəmizliyin və həşəratlarınkökünü kəsib. İnsanlar rahat nəfəs almağa başlayıblar.

Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün gölünətrafında minlik magistral xətt çəkilib. Yaxın zamanda su həminmagistralla xüsusi su təmizləyici qurğuya töküləcək", - məlumatdaqeyd olunub.

Qeyd edilir ki, Almaniya istehsalı olan qurğunu sazlamaq üçünhəmin ölkədən mütəxəssislər dəvət olunub. Günü bu gün gölün altqatında qızğın iş gedir, xüsusi borular çəkilir.

"İnfrastuktur hazır olan kimi həmin mütəxəssislər yenəgələcəklər ki, avadanlığı işə salsınlar. Bu, Suraxanı rayonunda ilksu təmizləyici qurğu olacaq. Fasiləsiz işləyən qurğu çirkli suyutəmizləyib gölə vuracaq. Yerdə qalan çirkab isə Hövsan anbarınayığılacaq, sonra da maşınlarla başqa yerə daşınacaq.

Hazırda Bülbülə gölündə layihələndirmə işləri başa çatdırılıb.Gölün ətrafında asfalt üçün alt qat hazırlanıb. Yaxın zamanda işgücləndirilmiş rejimə keçəcək. Növbəti mərhələdə sahil boyuncaasfalt salınacaq. Nəzərdə tutulub ki, yeni bulvarda restoranlar,kafelər fəaliyyət göstərsin, dairəvi velosiped yolu da çəkilsin.Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləriolacaq. Yaz-yay aylarında göldə katamaran da işləyəcək. Layihəyəgörə Bülbülə gölünün üzərindən körpü də salınacaq. Qısa zamandaBülbülə bulvarı insanların əsl istirahət yerinə çevriləcək.

Bakıdakı və Bakı ətrafındakı göllərin təmizlənməsi vəqurudulması üzrə dövlət proqramı çərçivəsində həyata keçirilənböyük abadlıq-quruculuq işləri nəticəsində şəhərimiz təmiz göllərşəhəri kimi tanınacaq. Bülbülə bulvarı yalnız yerli qəsəbələrinəhalisi üçün nəzərdə tutulmayıb. Bura Bakı sakinərinin, həmçininəcnəbi qonaqların da sevib-seçdiyi gəzinti məkanına çevriləcək", -məlumatda vurğulanıb.

Paytaxtın
Paytaxtın
Paytaxtın
Məqalədə:
Seçilən
16
2
az.trend.az

2Mənbələr