Demokrat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verir.
Agentlik yazır ki, silahsız Minuteman III qitələrarası ballistik raket 2025-ci il fevralın 19-da saat 1:00-da sınaq çərçivəsində buraxılıb.
Məlumata görə, sınaq buraxılışı ABŞ-ın nüvə toqquşmasının qarşısının alınması üçün nəzərdə tutulmuş müntəzəm və dövri fəaliyyətin bir hissəsidir.
ABŞ Kosmik Qüvvələrinin bazası vurğulayıb ki, buraxılış Vaşinqtonun hər hansı dünya hadisələrinə reaksiyası deyil.
Əfsanə Kamal
Demokrat.az