Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələri “Minuteman III” qitələrarası ballistikraketinin sınaq buraxılışını həyata keçirib.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi HavaQüvvələrinin Qlobal Zərbə komandanlığının rəsmi saytında məlumatdərc olunub.
Məlumata görə, ballistik raket Kaliforniyanın Vanderberqbazasından bu gün buraxılıb.
Qeyd edək ki, Minuteman III 1970-ci ildən ABŞ Hərbi HavaQüvvələrinin arsenalında olan qitələrarası ballistik raketdir.Üçmərhələli, bərk yanacaqla işləyən və bir neçə döyüş başlığıdaşıya bilən raketdir. Uçuş məsafəsi 13,000 km-dən çox, sürəti24,000 km/saatdan artıqdır.