İngiltərənin "Liverpul" klubunun futbolçusu Luis Dias karyerasını İspaniya La Liqası təmsilçisi "Barselona"da davam etdirmək istəyir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı hücumçu bu istəyini artıq kataloniyalıların idman direktoru Dekoya çatdırıb.
Transferin cari mövsümün sonunda baş tutma ehtimalı var.
Qeyd edək ki, 2022-ci ildən "Liverpul"da çıxış edən L.Dias bu mövsüm 35 oyunda 13 qol vurub. Onun komandası ilə hazırkı müqaviləsi 2027-ci ildə başa çatacaq.