AZ

Naxçıvanda məktəblərdə psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

Naxçıvan, 19 fevral, AZƏRTAC

Fevralın 19-da muxtar respublikanın ümumtəhsil müəssisələrində vakant olan psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsahibə mərhələsində ötən il yanvarın 31-də keçirilən test imtahanında uğur qazanan 18 namizəd iştirak edib.

Müsahibə mərhələsində namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komissiya tərəfindən yoxlanılıb.

Müsabiqəyə muxtar respublikanın ümumtəhsil müəssisələrindən psixoloq vəzifəsi üzrə 50 vakant vəzifə çıxarılıb. Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılacaqlar. Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat yaxın günlərdə nazirliyin sosial şəbəkə hesablarında elan olunacaq.

Seçilən
22
1
azertag.az

2Mənbələr