Son günlər bütün dünya mediası 2 əsas məsələyə fokuslanıb. Birinci məsələ Trampla Zelenskinin qarışıq münasibətidir, hansı ki, Tramp rəsmi şəkildə Zelenskiyə xəbərdarlıqlar edir və bu günə qədər ABŞ-ın etdiyi yardımlara görə ondan ya pul, ya da qiymətli metallar tələb edir. Həmçinin Zelenskinin tezliklə ölkəsində seçkilər keçirməsini gərəkdiyini də dilə gətirir.
İkinci məsələ isə Ərdoğan və Zelenski görüşündə çəkilən məlum fotodur. Hansı ki, Ankara sanki bununla "Zelenski Türkiyənin çətiri altındadır" mesajını ötürdü.Bu görüntü dərhal sosial mediada rezonans doğurdu və müxtəlif siyasi yozumlarla müzakirə olunmağa başlandı.
Bütün bu olanların fonunda müəyyən suallar ortaya çıxır. Zelenski ilə Tramp arasında nə baş verir? Trampın bu addımları Zelenskinin devrilməsinə işarədir? Suallarımızı politoloq Samir Hümbətova ünvanladıq. Politoloq Turkustan.az-a açıqlamasında bildiri ki, əslində Tramp hakimiyyətə gəlməmişdən artıq Zelenskiyə bəlli idi ki, proseslər heç də onun istədiyi kimi davam etməyəcək.
Tramp daartıq bir müddətdir ki, Rusiya ilə son dərəcə yaxın bir münasibət qurmağa başlayıb. Bu da təbii ki, Zelenski ilə Trampın arasındakı münasibətə, yəni Ukrayna ilə ABŞ münasibətlərinə heç də xoş təsir bağışlamır. Amma təbii ki, Ukrayna Ər-Riyad görüşündən əvvəl də sonra da açıqlama verdi ki, Ukraynanın olmadığı bir danışıq masasının heç bir faydası yoxdur. Dolayısı ilə Zelenski sanki Trampa bir növ yerini göstərmək istəyir. Eyni zamanda Trampın Zelenskidən 500 milyard dollar həcmində mineral resuslarını tələb etməsi də heç xoş qarşılanmadı. Görünən odur ki, tərəflərin bir-birinə qarşı qəzəbi var. Ona görə də bu məsələdə narahatçılıq var, amma bu Zelenskini devirə biləcək bir vəziyyət deyil. Ola bilər ki, Ukraynada seçki olsun və Zelenski seçkidə məğlub olsun, o tamam başqa məsələdir. Ancaq onu hakimiyyətdən salmaq, bu hələ ki, Trampın idarə edə biləcəyi bir prosses deyil.
Ərdoğan və Zelenskinin məlum fotosou nəyə işarədir? ABŞ və Türkiyə Ukraynaya görə toqquşa bilərmi?
Diplomatiyada bədən dili deyilən bir anlayış var. Bir növ Zelenski artıq Ərdoğanın çətrinin altına girməyə çalışır və bunu bacarıb. Ukraynaya görəABŞ və Türkiyə münasibətlərində gərginlik yaşana bilər. Bu normaldır, çünki, Türkiyə Krım ərazisinə bağlı məsələdə həssaslıq göstərir. Bir də bu 2 ölkə arasında 2019-cu il oktyabr anlaşması var və bu anlaşma əsas götürülür. Ona görə düşünürəm ki, Zelenski Səudiyyə Ərəbistanı, BƏƏ-ni gəzib axırda Türkiyəyə gəlib çıxıbsa və Türkiyədə belə bir foto çəkilibsə, bu birbaşa Zelenskinin son çıxış yolu kimi Türkiyəni seçdiyini göstərir. Türkiyə proseslərdə nə dərəcə təsirli olacaq onu zaman göstərəcək. Amma görünən odur ki, Ukrayna Türkiyə ilə son dərəcə iç-içə siyasətə üstünlük verir.
Aytən Yaşar/ Turkustan.az