"Şamaxı"nın hücumçusu Belajdi Pusi karyerasını Rusiyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, albaniyalı forvard "Fakel"ə keçib. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Belajdi Pusi mövsümün əvvəlindən "Şamaxı"da çıxış edirdi. Təcrübəli hücumçu bölgə klubunun heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi