Çərşənbə axşamı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Feyenoord"la cavab oyununda (1:1) qırmızı vərəqə alan "Milan"ın müdafiəçisi Teo Ernandesi ağır cəza gözləyir.
Fanat.Az xəbər verir ki, məlumatə tanınmış insayder Nikolo Skira yayıb.
İkinci hissənin əvvəlində penalti qazanmaq niyyəti ilə rəqibin cərimə meydançasında simulyasiya edən və hakim tərəfindən sarı vərəqə alan “Milan”ın futbolçusunda bu, ikinci xəbərdarlıq olduğu üçün o, meydandan qovulub. Bundan sonra hesabdakı üstünlüyünü əldən verən İtaliya nəhəngi heç-heçə nəticəsində ÇL-də mübarizəni dayandırıb.
Mənbənin məlumatına görə, fransalı futbolçunun davranışı “rossoneri”nin rəhbərlərini qəzəbləndirib. Onu əlavə cəza gözləyir. Milan rəhbərliyi futbolçunu böyük məbləğdə cərimələyəcək.
Eernandesin gələcəyi də sual altındadır. Müdafiəçi yaxın aylarda yeni müqavilənin şərtlərini razılaşdıra bilməsə, çox güman ki, satışa çıxarılacaq. Onun hazırkı müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir. "Transfermarkt" 27 yaşlı futbolçunun qiymətini 50 milyon avro dəyərləndirir.
Mirağa