AZ

Dağüstü parkdan "Bayıl" istiqamətinə gedən yolda səki PROBLEMİ VİDEO

Bakıda Dağüstü parkdan "Bayıl" istiqamətinə gedən yolda səki yoxdur. Piyadalar yolun hərəkət hissəsi ilə getməli olurlar.

Xezerxeber.az xəbər verir ki, Dağüstü parkdan Bayıl qəsəbəsinə piyada getmək istəyənlər bu yolda çətinlik çədiklərini deyirlər. Sürücülər də yaranmış vəziyyətin təhlükəli olduğunu bildirirlər.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, rayon ərazisində mövcud olan bu kimi problemlərlə bağlı müvafiq qurumlara müraciət olunur və məsələ mərhələli şəkildə həll edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
51
1
xezerxeber.az

2Mənbələr