AZ

Putindən Rusiya-ABŞ danışıqları barədə açıqlama

Rusiya Prezidenti Vladimir Putin Moskva və Vaşinqton arasında aparılan danışıqlar barədə açıqlama verib. Metbuat.az xəbər verir ki, o, danışıqların məhsuldar keçdiyini ifadə edib. Danışıqların nəticə verdiyini qeyd edən Putin, iki ölkənin diplomatik nümayəndəliklərinin normal fəaliyyətini bərpa etmək üçün qarşılıqlı razılığa gəldiyini bildirib. Rusiya və ABŞ-nin Suriya və Fələstinlə yanaşı, Yaxın Şərq də daxil olmaqla, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əlaqələrin bərpası üçün ilk addımı atdıqlarını ifadə edən Putin, danışıqlarda Ukrayna məsələsinə üstünlük verdiklərini bəyan edib.

Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında etimad yaranmadan Ukrayna böhranı həll edilə bilməz.

Seçilən
9
metbuat.az

1Mənbələr