AZ

“Apple” sevənlərə ŞAD XƏBƏR: Ucuz qiymətə “iPhone 16” modeli buraxıldı - FOTO

“Apple” şirkəti qiyməti 559 dollardan başlayan yeni aşağı büdcəli “iPhone 16e” modelini təqdim edib.

Bizim.Media xəbər verir ki, bu model daha sərfəli qiymətə güclü imkanlar təklif edən iPhone 16 seriyasına əlavədir.

Şirkət yeni model telefonlarda “ana” düyməni çıxarıb və Face ID ilə daha böyük ekran əlavə edərək cihazı yenidən dizayn edib.

Yeni model “iPhone 16” və “iPhone 16+” kimi A18 çipi ilə təchiz edilib. Cihaz həmçinin “Apple Intelligence AI” ni dəstəkləyir. 

Modelin arxa panelində isə bir kamera yerləşdirilib.



Bizim.Media

Seçilən
51
3
bizim.media

4Mənbələr