Həmin gün AFFA rəhbərliyi Nazim Süleymanovu qəbul edib. İcraçı vitse-prezident Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev onu 60 illik yubileyi münasibəti ilə təbrik edib, cansağlığı və uğurlar arzulayıb. Veteran futbolçuya xatirə hədiyyəsi də təqdim olunub. Amma Futbol Veteranları İttifaqı bu yubileyi sükutla qarşıladı. Adətən, yubileyi qeyd olunan veteranların şərəfinə yoldaşlıq görüşü keçirilirdi.
Bu susqunluğun səbəbi nədi? Aranızda bir inciklik varmı? Bundan sonra hansısa tədbir keçirməyi nəzərdə tutmusuzmu?
“Football-plus.az” bu sualları Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevə ünvanladı:
“Kimin yubileyi olursa, həmin veterana yoldaşlıq oyunu keçirməklə bağlı müraciət edirik. Əvvəllər AFFA bizə xeyli maliyyə ayırırdı. İndi daha az ayırır. Yoldaşlıq oyunları keçirə bilmirik. Hər veteranın şərəfinə turnir keçirə bilmirik. Nazim Süleymanov 50 yaşı olanda müraciət etdi. Veteranları yığdıq və turnir keçirdik. Nazim Süleymanov bizə mürüciət etməyib. Nazim yaxşı futbolçu olub. Niyə də keçirməyək?”
ƏSƏD SEYİDOV