Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya Təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Fidan Babayeva, magistraturaya qəbul imtahanlarında ölkə birincisi olaraq möhtəşəm nəticə göstərib. Fidan, 95 üzərindən 93 bal toplayaraq, bu uğura imza atdı və imtahanı essessiz keçdi.
Tehsil.biz xəbər verir ki, Fidan BANM-da son imtahan sessiyasında da yüksək nəticə əldə edərək, 100 üzərindən 99 bal toplayıb. Bu nailiyyət, onun akademik müvəffəqiyyətini bir daha təsdiqləyir. Fidanın bu uğuru, həm BANM-ın, həm də ölkənin təhsil sahəsindəki güclü potensialını nümayiş etdirir.