Fevralın 24-də baş tutacaq ''Qalatasaray'' - ''Fənərbaxça'' oyununun hakimi ilə bağlı mühüm bir xəbər var.
Türkiyənin böyük səbirsizliklə gözlədiyi derbini əcnəbi hakim idarə edəcək! Bunu Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. O, yerli hakimlərə güvəndiklərini, amma söz-söhbətlərin qarşısını kəsmək üçün derbiyə əcnəbi hakim dəvət edəcəklərini vurğulayıb.
Hadisələrin bu cür axarından sonra 4 əcnəbi hakimin adı ön plana çıxmağa başlayıb. Söhbət sloveniyalı Slavko Vinçiç, rumıniyalı İştvan Kovaç, fransalı Kleman Tyurpen və polşalı Şimon Marçinyakdan gedir. ''Fənər''in vitse-prezidenti Acun Ilıcalı Sloveniya təmsilçisi ''Maribor''un səhmlərinin 74 faizinə sahib olduğundan ''Qalatasaray'' dərhal bu ölkədən olan Vinçiçə qarşı çıxıb. Amma TFF ''Cim-Bom''un bu istəyini geri çevirib.
Qurumdan ''sarı-qırmızılar''a bildirilib ki, hakim seçimində klubların istəyi nəzərə alınmayacaq. Yekun qərar federasiya ilə Hakimlər Komitəsi rəsmilərinin məsləhətləşməsindən sonra veriləcək və rəsmi saytdan ictimaiyyətə açıqlanacaq.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta