“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa PSJ-nin diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Fransa nəhəngi 22 yaşlı futbolçu üçün 80 milyon avroluq təklif hazırlayır.
Yarımmüdafiəçi 2021-ci ildən Madrid klubunda çıxış edir və o vaxtdan bəri müxtəlif zədələr səbəbindən 118 gün meydana çıxa bilməyib.