AZ

"Acer" Trampın rüsumlarına görə qiymətləri artıran ilk texnologiya istehsalçısı oldu

"Acer" ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən avtomobillərə, yarımkeçiricilərə və əczaçılıq məhsullarına 25%-lik rüsum tətbiq edəcəyi açıqlamasından sonra məhsul qiymətlərini artıracağını elan edən ilk texnologiya istehsalçısı olub.

Valyuta.az xəbər verir ki, "The Telegraph"ın məlumatına görə, "Acer"in icraçı direktoru Ceyson Çen Tramp administrasiyasının Çindən gətirilən elektronika məhsullarına əlavə rüsumlar tətbiq etməyə hazırlaşdığını və bunun şirkəti istehlakçılar üçün qiymətləri təxminən 10% artırmağa məcbur etdiyini bildirib.

Qiymət artımı mart ayından başlayaraq tədricən həyata keçiriləcək.

Ceyson Çen Trampın tarif siyasətinə uyğunlaşmaq üçün istehsal prosesini Çindən başqa ölkələrə, o cümlədən ABŞ-a köçürmə ehtimalını da nəzərdən keçirdiklərini bildirib. Hazırda şirkət Çindən yan keçmək üçün alternativ istehsal zəncirləri axtarır.

"Acer" qiymət artımını açıq şəkildə elan edən ilk şirkət olsa da, bu, yeganə olmayacaq. Mütəxəssislərin fikrincə, "Asus", "Dell" və HP kimi digər noutbuk istehsalçıları da Çin və Tayvanda yerləşən istehsal bazalarına görə oxşar addım atmağa məcbur qala bilərlər.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Avropanı süni intellektin tənzimlənməsi ilə bağlı tədbirləri azaltmağa çağırıb. Onun fikrincə, həddindən artıq tənzimləmə süni intellekt sektorunun inkişafına mane ola bilər.

Tramp İlon Maskın "TikTok"u almasına qarşı olmadığını və hətta onu dəstəkləyəcəyini bildirib. Eyni zamanda, "TikTok"un alınması ilə bağlı "Microsoft"un da danışıqlar apardığı qeyd edilir.

Paşa Məmmədli
 

Seçilən
26
valyuta.az

1Mənbələr