“Santos”un braziliyalı ulduz hücumçusu Neymar Braziliya futbolunu süni ot örtüyünün istifadəsinə görə tənqid edib.
Arena.az məlumat verir ki, “Ney” bu barədə özünün sosial şəbəkə hesabı üzərindən tənqidi yazı dərc edib:
“Braziliya futbolunun hansı istiqamətdə inkişaf etdiyini müşahidə etmək təlaş doğurur. Meydanlarımızda süni ot örtüyünün istifadəsini müzakirə etməyimizin özü bir cəfəngiyyatdır.
Afaqi surətdə, futbolumuzun təmsilçilik miqayasını nəzərə alaraq, belə bir seçim hətta baxışdan belə, keçirilməməlidir. Bərbad ot örtüyü ilə fəsadın həlli – yaxşı ot örtüyü yaratmaqdır, bu ki belə sadədir…
“Peşəkar futbolu süni ot örtüyü üzərində oynamırlar”
Dünyanın ən hörmətli liqalarında oyunçuları dinləyir və stadionlarda meydanların ot örtüyünün keyfiyyətinin təmin edilməsinə sərmayə yatırırlar. Əgər Braziliya birdəfəlik surətdə dünya futbol bazarında aparıcı oyunçu olmaq istəyirsə, onda, futbolçuların, üzərində çıxış və məşq etdikləri ot örtüyünün keyfiyyətinin yüksəldilməsi ilk addım olmalıdır.
Peşəkar futbolu süni ot örtüyü üzərində oynamırlar”, – “Ney” paylaşıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb.
Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib.
12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış Neymar cari mövsümdə “balıqlar” üçün 4 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərlqənib.
Neymarın “Santos”da çıxışının ümümi mənzrəsi 229 oyun, 137 qol və 65 məhsuldar ötürmədən ibarətdir.
Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.
“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.