AZ

280 nümayəndə Bakıda hansı məsələləri müzakirə ediblər? VİDEO

Azərbaycan Asiya Parlament Assambleyasına sədrliyini layiqincə yerinə yetirir.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında çıxışı zamanı deyib. Sədr bildirib ki, bunlara Asiya Parlament Assambleyasına üzv ölkələrin sırasının genişləndirilməsi, mövcud qurumların aktivləşdirilməsi və onların səmərəliliyinin artırılması daxildir.

Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi qeyd edib ki, Azərbaycanın sədrliyi ilə təşkilatın qarşısında duran məqsədlərə nail olacaqlarına inanırlar.

Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani isə bildirib ki, qlobal gündəm sürətlə dəyişir və bu prosesdə Asiya mühüm rol oynayır. Region beynəlxalq təhlükəsizlik və geosiyasi dəyişikliklərdə fəal iştirak edir. O həmçinin vurğulayıb ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iki gün sonra Azərbaycana gələcək.

5 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi plenar sessiyada bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur. Sessiya sabah yekunlaşacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
37
xezerxeber.az

1Mənbələr