Amerikalı milyarder İlon Maskın süni intellekt şirkəti xAI, “Grok 3” adlı söhbət robotunun yeni modelini təqdim edib. Metbuat.az xəbər verir ki, təqdimatda üç xAI mühəndisi ilə yanaşı Mask da iştirak edib. xAI və “Grok”un missiyasının kainatı anlamaq olduğunu ifadə edən Musk, “Grok 3”ün əvvəlki versiyadan daha yaxşı performans göstərdiyini ifadə edib. Süni intellekt sahəsində rəqabətin artdığı bir vaxtda təqdim edilən “Grok 3” sosial media tətbiqi X-də ödənişli üzvlük sahibi olan Premium+ abunəçilərinin istifadəsinə verilib. Qeyd edək ki, bundan əvvəl İlon Mask "Grok 3”ün çox güclü düşünmə qabiliyyətinə sahib olduğunu açıqlamışdı. O, "Grok 3”ün düşünmə qabiliyyətinə görə, hazırda istifadə edilən suni intellektlərdən daha üstün olduğunu irəli sürmüşdü.