“Bavariya”nın ftbolçus Harri Keyn sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli forvard Şotlandiyanın “Seltik” klubu ilə heç-heçə (1:1) etdikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda zədələnib.
İngilis oyunçunun bir müddət komandanın məşqlərinə qoşula bilməyəcəyi bildirilir.
Hücumçunun baldır əzələsində problem aşkarlanıb. Onun hansı müddətə sıraya dönəcəyi bilinmir.