AZ

Zaqatalada ağır qəza: Yaralıların kimliyi bilindi

Axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobakol kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Qax rayon istiqamətdə hərəkət edən avtomobillə digər minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.//Axar.az

***

Zaqatalada baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

Zaqatala rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Qax rayon Güllük kənd sakini 56 yaşlı Natiq Hüdulovun idarə etdiyi “Jiquli” markalı avtomobillə Ağcabədi rayon sakini 21 yaşlı Amil Şirinovun idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub.

Qəza zamanı VAZ-2107-nin sürücüsü ilə yanaşı, ailə üzvləri – 47 yaşlı Loğman Şirinov, 40 yaşlı Əminət Şirinova və 13 yaşlı Hüseyn Şirinzadə xəsarət alıblar.

Xəsarət alanlar müayinə olunub, müalicəyə cəlb edilib.

Seçilən
3
3
konkret.az

4Mənbələr