AZ

Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının dayandırılması belə olur

Beynəlxalq təşkilatın qiymətli kağızlarının dəyəri investorlar tərəfindən yalnız pulla ödənilir və pul vəsaitləri beynəlxalq təşkilatın Azərbaycan Respublikasındakı bank hesabına köçürülür.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.

Mərkəzi depozitar beynəlxalq təşkilatın qiymətli kağızlarının dəyərinin ödənilməsi haqqında məlumatı beynəlxalq təşkilatdan, yaxud anderrayterdən aldığı gündən sonrakı iş günü ərzində beynəlxalq təşkilatın qiymətli kağızlarını ilk mülkiyyətçilərin depo hesablarına köçürür.

Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının dayandırılması Mərkəzi Bankın qərarı ilə həmin qiymətli kağızlarının reklamının və yerləşdirməyə yönəlmiş digər tədbirlərin dayandırılmasıdır.

Seçilən
31
heftelik.az

1Mənbələr