Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ər-Riyadda Moskva-Vaşinqton arasında keçirilən görüş barədə danışıb. Metbuat.az xəbər verir ki, Lavrov tərəflər arasında gərginliyin aradan qalxmaq üzrə olduğunu və strateji sabitliyin həlli üçün lazımi şərtlərin də meydana gələ biləcəyini ifadə edib. O, danışıqların Moskva ilə Vaşinqton arasında münasibətlərdə normallaşmanın başladığını nümayiş etdirdiyini qeyd edib. Lavrov, Vaşinqtonun Moskva ilə həyata keçirilə biləcək mühüm layihələrin qarşısındakı maneələrin aradan qaldırılmasında maraqlı olduğunu qeyd edib. Lavrov bildirib ki, ABŞ nümayəndələri Ər-Riyad danışıqları zamanı iki ölkənin gərginlik yaşamamasının vacib olduğunu vurğulayıblar.