AZ

Küveytdə keçirilən mədəni tədbirdə Azərbaycan da təmsil olunub

Bakı. Trend:

Küveyt Universitetinin təşkilatçılığı ilə Küveyt DövlətininMilli Gününə və onun 2025-ci il üçün Ərəb Dünyasının Mədəniyyət vəMedia paytaxtı seçilməsinə həsr olunmuş mədəni tədbirkeçirilib.

TrendAzərbaycanın Küveytdə səfirliyinə istinadla xəbər verir ki,tədbirdə müxtəlif sahələri təmsil edən yerli qurumlarla yanaşı,ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri dəiştirak ediblər.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin vəbu ölkədə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt DostluqCəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan guşəsiqurulub.

Tədbir çərçivəsində ölkələrin tarixini, adət-ənənələrini, milligeyimlərini, xalçalarını, musiqisini, mədəni irsini, turizmpotensialını və milli mətbəxini əks etdirən geniş sərgi təşkilolunub və maraqlı mədəni proqramlar təqdim edilib.

Tədbir iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi,milli geyimləri, xalçaçılıq sənəti, turizm potensialı barədəətraflı məlumat verilib və çap materialları paylanılıb.

Bununla yanaşı, tədbir zamanı Küveyt Universitetində təhsil alanəcnəbi tələbələrin öz ölkələrinin bayraqları ilə yürüşükeçirilib.

Tədbirdə Küveyt Universitetində təhsil alan tələbələrimiz milligeyimlərimizdə xalq rəqslərimizi nümayiş etdiriblər və onlarınrəqsləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Eyni zamanda, sərgiyə gələnlərə Azərbaycan mətbəxinə aidyeməklər və şirniyyatlar təqdim olunub.

Sərgini universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Küveytictimaiyyətinin nümayəndələri də ziyarət ediblər.

Seçilən
13
az.trend.az

1Mənbələr