AZ

Roma Papası yaxşıdır, ölüm ayağında deyil

Roma

Vatikanın İsveçrə Mühafizə Korpusunun nümayəndəsi Papa Fransiskin dəfn mərasiminə hazırlıqla bağlı daha əvvəl yayılan şayiələri təkzib edib.

Bu barədə İsveçrənin "Blick" qəzeti məlumat yayıb.

Bundan əvvəl nəşr yazıb ki, mühafizəçilər artıq dəfn mərasiminə aktiv hazırlıqlara başlayıblar, mühafizəçilər üçün komendant saatı tətbiq edilib. Lakin sonradan Vatikanın hərbi sözçüsü bu açıqlamanı təkzib edib. “Biz normal şəkildə fəaliyyətimizə davam edirik” deyən məmur mühafizəçilərin heç bir dəyişiklik olmadan xidmət etdiyini təsdiqləyib.

88 yaşlı pontifik fevralın 14-dən xəstəxanadadır. Ona tam istirahət təyin olunub: onun iştirakı ilə bütün tədbirlər həftənin sonuna qədər ləğv edilib. Həmçinin Frensiskin əhval-ruhiyyəsinin yaxşı olduğu, dua etdiyi və qəzet oxuduğu bildirilir.

Cavid

Seçilən
22
xalqcebhesi.az

1Mənbələr