AZ

“23 yaşım olarkən ərimlə hər ayın 6 günü həbsxanada qalırdım”

“Qızım Fatimə Rəşid Həsənovun nəvəsidir. Atası da Yalçındır. Bunu hamı bilir. Bilməyənlər də bilsin. Gizlədəsi bir məsələ deyil. Biz ailəli olmuşuq”.

OLAY yazır ki, bu sözləri müğənni Əminə Şirin qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Sənətçi mərhum həyat yoldaşı Yalçın Həsənov ilə bağlı bu sözləri dilə gətirib: 

“Məni qınayan insanlar düşünsünlər ki, 23 yaşlı bir qız o zindanın soyuq divarlarında həyat yoldaşı ilə bərabər hər ayın 6 günü orada qalırdı. Orada gəlinlik paltarında mənim toyum da olub. Kimsə mənə eşq öyrətməsin. Eşq bilməyənlərin danışdığı, bilənlərin isə susduğu bir mövzudur. Bu mövzu da isə çox danışmaq istəmirəm. 13 ildir ki, biz ayrılmışıq. Allah rəhmət eləsin! Eşidəndə ki, xəstədir ona zəng etdim. Dedi ki, mən elə bu zəngi səndən gözləyirdim. İnanmırdım ki, sən mənə zən edərsən”.

Qeyd edək ki, Əminə Şirin illər əvvəl həmkarı Kazım Can ilə ailəli olub və daha sonra cütlük qalmaqallı şəkildə boşanib. Kazım Can boşandıqdan sonra yəni 6 il əvvəl Brilliant adlı xanımla evlənib. 

Seçilən
60
olay.az

1Mənbələr