AZ

1/8 finalın bütün iştirakçıları bəlli oldu

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.

Demokrat.az xəbər verir ki, cavab qarşılaşmalarında 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.

Oyunların nəticələrinə görə, turnirin növbəti mərhələsinə “Borussiya”, PSJ, “Real” və PSV yüksəlib.

UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları

19 fevral

“Borussiya” (Almaniya, Dortmund) – “Sportinq” (Portuqaliya) - 0:0 (ilk oyun - 3:0)

PSJ (Fransa) – “Brest” (Fransa) – 7:0 (ilk oyun - 3:0)

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 3:1 (ilk oyun - 3:2)

“PSV” (Niderland) – “Yuventus” (İtaliya) – 3:1 (ilk oyun - 1:2)

Qeyd edək ki, daha öncə “Feyenoord”, “Brügge”, “Bavariya” və “Benfika” da 1/8-ə vəsiqə qazanıb.

Seçilən
26
5
demokrat.az

10Mənbələr