"Google" şirkəti İtaliyada ona qarşı vergidən yayınma işi üzrə məhkəmə mübahisəsinin sülh yolu ilə həlli üçün İtaliya hökumətinə 326 milyon avro ödəməyə razılaşıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, "Google"ın bu addımından sonra Milan prokurorluğu ona qarşı açılmış cinayət işinə xitam verməyə hazırlaşır.
Qeyd edək ki, Milan şəhər prokurorluğu 2015-2019-cu illərdə "Google" şirkətininin əldə etdiyi qazanclara görə İtaliyanın vergi orqanlarına ödəniş etməməsi ilə bağlı istintaq açmışdı. İstintaq sənədində şirkətin serverlərinin və başqa infrastrukturunun İtaliyada yerləşməsi əsas gətirilib və diqqət şirkətin reklam satışlarından əldə etdiyi gəlirlərə yönəldilib.
Xatırladaq ki, bundan əvvəl "Google" şirkəti Fransa hökuməti ilə oxşar məhkəmə mübahisəsinə görə Parisə 1 milyard dollar ödəmişdi.
Milli.Az