Argentinalı ulduz Lionel Messinin çıxış etdiyi “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda ilk oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, MLS təmsilçisi “Sportinq” ilə qarşılaşıb.
Matç mayamililərin qələbəsiylə başa çatıb – 1:0.
Kanzas-Sitidə baş tutan görüşdə yeganə qolu 56-cı dəqiqədə Lionel Messi vurub. Bu, onun ilin rəsmi oyunlarındakı ilk və karyerasının 851-ci qolu olub.
Tərəflər arasında cavab oyunu 25 fevralda keçiriləcək.
New season, same Messi 😮💨
— B/R Football (@brfootball) February 20, 2025
(via @FOXSoccer) pic.twitter.com/QXaHDtDaFY